ABŞ ordusundan Osmanlı skandalı

ABŞ ordusundan Osmanlı skandalı

Amerika ordusunun ən böyük gücü hesab edilən Birləşmiş Dövlətlər Donanmasının “Twitter” hesabında ciddi müzakirəyə səbəb olacaq paylaşım edilib.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, donanmanın yaradılmasının 241-ci ildönümü münasibətilə paylaşılan postda “ sərt, cəsur, hazır” yazılmış yazılı bir görüntü də yer alır. Həmin görüntüdə Osmanlı ordusunun təsvir edildiyi və Türk bayrağının olduğu tablo da əks olunub.

Qeyd edək ki, görüntüdə üzərində “sərt” yazılmış tablo rəssam Dennis Malone Carterin çox məşhur “Decatur Boarding the Tripolitan Gunboa” adlı əsəridir.

Tabloda 18-ci yüzillikdə Osmanlı torpaqları olan Liviya Trablusun bombalanması və ABŞ əsgərlərinin mübarizəsi təsvir edilir. Əsərdə ABŞ əsgərləri Osmanlı əsgərlərinə hücum edir. Tablo eyni zamanda Birləşmiş Dövlət Donanması Milli Muzeyində də sərgilənir.

0
13