Bəzi banklar dolların qiymətini artırıb

Bəzi banklar dolların qiymətini artırıb

Banklar istədikləri məbləğdə dolları hərracdan ala bilmir.Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi dollar/manat məzənnəsi aşağı düşməkdə davam etsə də, bir sıra banklar isə əksinə, dolların qiymətini bahalaşdırır.

Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, “Bank Respublika”, “Rabitəbank”, “TuranBank” və “Amrahbank” dünən ilə müqayisədə dolların qiymətini qaldırıblar.

Məsələn, dünən 1 dolları 1,6050 manata satan “Bank Respublika” bu gün 1,6090 manatdan satır. Dünən 1 dolları 1,5750 manatdan alan, 1,6150 manatdan satan “Rabitəbank” bu gün 1,5810 manatdan alır, 1,6200 manatdan satır. Dünən 1 dolları 1,5600 manatdan alan, 1,6100 manatdan satan “TuranBank” bu gün 1,5600 manatdan alır, 1,6300 manatdan satır.

Dünən 1 dolları 1,5960 manatdan alan, 1,6090 manatdan satan “Amrahbank” bu gün 1,5970 manatdan alır, 1,6090 manatdan satır. Oktyabrın 13-də də bir sıra banklar oktyabrın 12-si ilə müqayisədə dolların alış və satış kursunu qaldırmışdılar.

Qeyd edək ki, bu gün rəsmi USD/AZN məzənnəsi 1,5986 manatdan 1,5970 manatadək ucuzlaşıb. Son 35 gündə isə rəsmi məzənnə 1,6403 manatdan 1,5970 manata geriləyib.

AMB-nin yeni hərrac qaydalarına görə, hərracdakı tələb, hərraca çıxardılmış və satılmış məbləğ ictimaiyyətə açıqlanmır. Buna görə Mərkəzi Bankın açıqlamasından məzənnənin aşağı düşdüyü görünsə də, əslində tələbin təklifdən çox olduğu güman edilir.

İddia olunur ki, banklar istədikləri məbləğdə dolları hərracdan ala bilmirlər. Bu səbəbdən də banklarda dolların düşməsi rəsmi məzənnədəki kimi hiss olunmur.

U.A.

0
12