Mərakeş kralı Azərbaycana yeni səfir təyin edib

Mərakeş kralı Azərbaycana yeni səfir təyin edib

Mərakeş kralı VI Məhəmməd krallığın Azərbaycandakı yeni səfirini təyin edib.

Oxu.Az xəbər verir ki, bu vəzifəyə Məhəmməd Adil Ambarx (Mohamed Adil Ambarch) təyin edilib.

Mərakeşin Azərbaycanda səlahiyyətləri başa çatan səfiri Həsən Hami isə İrana səfir təyin olunub.

N.O.

0
13