“Zolotaya Korona” “Expressbank”la daha sərfəlidir

“Zolotaya Korona” “Expressbank”la daha sərfəlidir

Müxtəlif təcili pul köçürmə sistemləri üzərindən sürətli və rahat xidmətləri ilə seçilən “Expressbank” 2013-cü ildən etibarən “Zolotaya Korona” pul köçürmələri sistemi üzrə xidmətlər təqdim edir.

Dünyada 50 mindən artıq xidmət nöqtəsi olan “Zolotaya Korona” bu gün “Expressbank” müştərilərinin ən sevimli pul köçürmə sistemlərindən biridir.

2016-cı il ərzində bu təcili pul köçürmələri üzrə bankın dövriyyəsinin 58% artması müştəri rəğbətinin bariz nümunəsidir.

Ümumiyyətlə, “Expressbank”la təcili pul köçürmələri xidmətləri çox sərfəlidir. Belə ki, sərfəli tariflər, yüksək xidmət və əməliyyatların operativliyindən əlavə, “Expressbank”ın müştəriləri həm pul göndərərkən, həm pul alarkən “Pul Kart” vasitəsilə qazanırlar.

“Pul Kart” müştərilərə pulsuz hədiyyə edilir və hər təcili pul köçürməsi zamanı məbləğdən asılı olaraq müştərinin kartına pul şəklində bonuslar hesablanır. Müştərilər nəinki bu vəsaiti ATM-lər vasitəsi ilə nağdlaşdırır, hətta öz vəsaitlərini də “Pul Kart”a yerləşdirə bilirlər.

Qeyd edək ki, “Expressbank”ın filiallarında digər təcili pul köçürmə sistemləri ilə də pul göndərmək mümkündür. Bank həmçinin, “Contact”, “Lider”, “IBA Express” və “Monex” təcili pul köçürmələri sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir.

Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

U.A.

0
11