Ermənistan yığmasının baş məşqçisi istefa verib

Ermənistan yığmasının baş məşqçisi istefa verib

Ermənistan yığmasının baş məşqçisi Varujan Sukiasyan istefa verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Ermənistan Futbol Federasiyası xəbər verib.

60 yaşlı məşqçinin istefa motivləri barədə məlumat verilmir.

Lakin görünür, buna səbəb yığmanın 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində uğursuz çıxış etməsidir.

E qrupunda çıxış edən Ermənistan 3 turdan sonra xalsız qalıb və qrupun sonuncu pilləsində qərarlaşıb.

Yeni baş məşqçinin adına yaxın günlərdə aydınlıq gətiriləcək.

Qeyd edək ki, Sukiasyan 2000-2001-ci ildə də yığmanın baş məşqçisi vəzifəsində çalışıb.

N.O.

0
16