Nazir: Süni qiymət artımına yol verilməyəcək

Nazir: Süni qiymət artımına yol verilməyəcək

“Dövlət başçısının tapşırığına əsasən, istehlak bazarında süni qiymət artımına yol verilməməsi üçün tədbirlər davam etdiriləcək”.

Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev kollegiya iclasında deyib.

“Bu sahədə dövlət və ictimai nəzarət gücləndiriləcək, istehlak bazarında təlabatın yerli məhsullar hesabına daha dolğun ödənilməsi və qiymət intizamına əməl olunmasına diqqət daha da artırılacaq.

Bu məqsədlə mütəmadi olaraq təhlillər aparılacaq, qiymət dəyişiklikləri baş verən hallarda səbəblər araşdırılacaq, müvafiq tədbirlər görüləcək”.

Qeyd edək ki, sonuncu dəfə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə toxunmuş və ölkədə süni qiymət artımının qarşısının alınması və idxaldan asılılığın minimuma endirilməsi ilə bağlı tapşırıqlar vermişdi.

U.A.

0
10