Müğənninin avtomobili atəşə tutuldu

Müğənninin avtomobili atəşə tutuldu

Türkiyəli müğənni Ferman Toprak dünən gecə saatlarında səhnədə çıxış etmək üçün avtomobili ilə Şişlidəki gecə klublarından birinə yollanıb. Səhərə qarşı çıxışını bitirmək üzrə ikən gecə klubunun qarşısından silah səsləri eşidilib. Onun avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub. Hadisəni törədənlər isə oradan qaçıblar.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, hadisə yerinə dəvət olunan polis əməkdaşları müğənninin avtomobilinə 10 güllə tuşlandığını təsbit ediblər. İstintaq başladılıb.

Ferman Toprak və meneceri yaşananlarla bağlı heç bir şərh verməyib.

Aytən Sadıqzadə

0
9