Məşhur britaniyalı aktrisa vəfat etdi

Məşhur britaniyalı aktrisa vəfat etdi

2006-cı ildə Vud iki “Bafta” mükafatı alıb.

Aprelin 20-də Londonda məşhur aktrisa, ssenari müəllifi və müğənni Vitoriya Vud öz evində vəfat edib.

62 yaşlı müğənninin ölümünə səbəb onkoloji xəstəlik olub. 

Viktoriya Vud Presrviç, Lankaçşirdə dünyaya gəlib. Vud 7 yaşında pianinoda ifa etməyə başlayıb. Birminhem universitetində aktyor sənətini öyrənib. 

Vudun karyerasına 1974-cü ildə başlayıb, 20 yaşlı qız “New Faces” istedadlar şousunda qalib olub. 

Aktrisaya populyarlığı onun “Victoria Wood: As Seen On TV” teleşousu gətirib. 

2002-ci ildə əri ilə boşandıqdan sonra o, “Acorn Antiques” myuziklini yazıb.

2004-cü ildə o, dietologiya indsutriyasını tənqidə tutub və “Victoria Wood's Big Fat Documentary” sənədli filmini çəkib. Filmdə o, dietologiya komersantlarının insanları istismar etdiklərini və onlara vəd etdiklərini vermədiklərini bildirib. 

2006-cı ildə Vud aktirsa və “Housewife” dramının ssenari müəllifi kimi iki “Bafta” mükafatı alıb.

2008-ci ildə aktrisa Britaniya imperiyasını ordeninin komandoru olub. 

0
26