Terrorçular silahdaşlarının olduğu avtobusu partladıblar

Terrorçular silahdaşlarının olduğu avtobusu partladıblar

Suriyanın Türkiyə ilə həmsərhəd Azaaz şəhəri yaxınlığında İŞİD-i dəstəkləyən “Cunud əl-Əqsa” radikal qruplaşmanın üzvləri “Cəbhə ən-Nüsrə” terror qruplaşmasına keçən silahdaşlarının olduğu avtobusu partladıblar.

Oxu.Az xəbər verir ki, APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 17 nəfər ölüb.

Qeyd edək ki, Suriyanın şimalında döyüşən “Cunud əl-Əqsa” iri radikal qruplaşması ötən bazar “Cəbhə ən-Nüsrə” qruplaşması ilə birləşib. Məlumatlara görə, lakin qruplaşmanın bütün üzvləri rəhbərlərin bu qərarını dəstəkləməyib.

“Cunud əl-Əqsa”nın İŞİD-in tərkibində qalmaq istəyən üzvləri terror aktı törədərək “Cəbhə ən-Nüsrə”yə qatılan silahdaşlarını öldürüblər”, - deyə mənbə bildirib.

Türkiyə mətbuatı hadisə nəticəsində 20-dən çox şəxsin öldüyünü bildirir.

N.O.

0
12