Son 4 gündə “Bank Standard”ın əmanətçilərinə ödənilən kompensasiyanın məbləği

Son 4 gündə “Bank Standard”ın əmanətçilərinə ödənilən kompensasiyanın məbləği

On bankın qorunan əmanətçilərinə 323 milyon manatdan çox kompensasiya ödənilib.Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən 13 oktyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 mln. 820 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 mln. 853 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 17 mln. 977 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 849 min manatdan artıq kompensasiya ödənilib.

Oxu.Az-a Fonddan verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 104 mln. 501 min manatdan artıq kompensasiya ödənilib.

Qeyd olunan tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 mln. 869 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 846 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 mln. 715 min manatdan artıq kompensasiya ödənilib.


13 oktyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya ödənilib.


Oktyabrın 11-dən etibarən Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” KB-nin əmanətçilərinə kompensasiya ödənişinə başlayıb və qorunan əmanətçilərinə 58 mln. 12 min manat artıq kompensasiya ödənilib.


Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 323 mln. 268 min manatdan artıq kompensasiya ödənilib.

U.A.

0
14