“Metyu” ABŞ-da 42 can aldı

“Metyu” ABŞ-da 42 can aldı

ABŞ-nın cənub-şərq hissəsində tüğyan edən “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb. Bundan əvvəl 38 nəfərin öldüyü bildirilirdi.

APA-nın CBSN telekanalına istinadən verdiyi xəbərə görə, ən çox ölüm halları Şimali Karolina ştatında qeydə alınıb. Orada oktyabrın 7-dən bu vaxtadək 22 nəfər təbii fəlakətin qurbanı olub.  

Qasırğanın  ABŞ ərazisini beş gündür tərk etməsinə baxmayaraq, 43 700 istehlakçı hələ də işıqsız qalmaqdadır. Bir neçə yaşayış məntəqəsi tamamilə su altında qalıb.  

Qeyd edək ki, “Metyu” 2007-ci ildən bu vaxtadək Atlantik okeanda baş verən ən güclü qasırğadır.

0
12