FİFA futbol federasiyalarına 4 milyard dollar ayıracaq

FİFA futbol federasiyalarına 4 milyard dollar ayıracaq

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) ölkə futbol federasiyalarına maddi yardım edəcək. Apasport.az saytının məlumatına görə, bu barədə qərar ali futbol qurumunun ötən gün İsveçrənin Sürix şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Qurumun yaxın 10 ildəki “Yol xəritəsi”nə əsasən bu müddət ərzində futbolun inkişafı və kütləviləşdirilməsi proqramı çərçivəsində 211 ölkə federasiyasına 4 milyard dollar ödənəcək.

Qeyd edək ki, yığıncaqdan sonra açıqlama verən FİFA prezidenti Canni İnfantino bildirib ki, futbolun kütləviliyini artıraraq dünya əhalisi üzrə 45%-də 60%-ə qaldırmaq istəyirlər.

0
12