İcra başçısının müavini işdən çıxarıldı

İcra başçısının müavini işdən çıxarıldı

Onun yerinə heç bir təyinat olmayıb.

Tərtər Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, üç il əvvəl rayon icra başçısının humanitar məsələlər üzrə müavini təyin edilən Elvin Umudov tutduğu vəzifədən azad edilib.

E.Umudov Tərtər RİH-in İctimai, siyasi və humanitar məsələlər üzrə şöbəsinin dini məsələlər üzrə müdir müavini təyin olunub.

Hələlik onun yerinə heç bir təyinat olmayıb. 

Qeyd edək ki, E.Umudov RİH başçısının müavini vəzifəsinə 2013-cü ildə 28 yaşında təyin edilib. 

0
11