ABŞ Türkiyəni İraqa ordu yeritdiyinə görə qınadı

ABŞ Türkiyəni İraqa ordu yeritdiyinə görə qınadı

ABŞ Türkiyə və İraqı gərginliyə yol verməməyə və ümumi düşmən - terrorçuluqla mübarizə aparmağa çağırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner deyib. “Həmçinin, İraqın suverenliyinə hörmətlə yanaşılmalıdır”, - deyə Toner qeyd edib.

“Biz tərəfləri İŞİD-ə qarşı səyləri birləşdirməyə və gərginliyə yol verməməyə çağırırıq. Lakin, istənilən addımlar atılarkən İraqın suverenliyinə hörmətlə yanaşılmalıdır və əvvəlcədən rəsmi Bağdadın razılığı alınmalıdır”, - deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi Türkiyə ordusunun İraq ərazisində yerləşdirilməsinə münasibət bildirərkən qeyd edib.

0
9