Qazaxıstan biznesmenləri Yerevana getməkdən imtina etdilər

Qazaxıstan biznesmenləri Yerevana getməkdən imtina etdilər

“Bu, onların öz işidir”.

Qazaxıstandan olan biznes-heyət “Invest Armenia – 2016” forumunda iştirak üçün Yerevana getməkdən imtina edib. 

Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə bildirib. 

“Təəssüf ki, Qazaxıstandan böyük heyət gəlməyəcək. Onlar totalitar ölkənin vətəndaşlarıdır, onlara yarım sözdən ibarət əmr yetərlidir ki, gəlməsinlər. Etirazı təhlükəsizlik baxımından olduğunu izah etdilər, - şəxsi yox, regional təhlükəsizlik baxımından. Bu onların öz işidir. Biz isə iqtisadiyyatımızın möhkəmləndirilməsi üzrə işimizi davam etdirəcəyik”, - Kazaryan bildirib. 

Qeyd edək ki, “Invest Armenia – 2016” Yerevanda aprelin 22-də keçiriləcək. Forumda müxtəlif ölkələrdən 250 sahibkarın iştirakı gözlənilir. 

0
16