Putinin köməkçisi: Qarabağ nizamlanması ilə bağlı nikbinliyə əsas yoxdur

Putinin köməkçisi: Qarabağ nizamlanması ilə bağlı nikbinliyə əsas yoxdur

“Moskvanın Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll olunacağı ilə bağlı böyük nikbinliyi yoxdur”.

Oxu.Az xəbər verir ki, APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, bununla belə Rusiya İrəvan və Bakı ilə işi davam etdirəcək.

Uşakov danışıqların detallarını açıqlamaqdan imtina edib. O qeyd edib ki, danışıqlarda bir çox variant və təkliflər müzakirə olunur.

“Lakin mən bir daha qeyd edirəm ki, xüsusi nikbinlik üçün əsas yoxdur”, - deyə o vurğulayıb.

0
6