AzTV-nin əməkdaşı qəza törədib – FOTO

AzTV-nin əməkdaşı qəza törədib – FOTO

AzTV əməkdaşının idarə etdiyi avtomobil “London taksisi” ilə toqquşub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda Mehdi Hüseyn küçəsində baş verib.

Məlumata görə, “Chery” markalı avtomobil yüksək sürətlə hərəkət edərkən yol kənarında dayanmış “London taksisi”nə çırpılıb.

Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb.

Qeyd edək ki, “Chery” markalı avtomobili idarə edən şəxs AzTV-də sürücü vəzifəsində çalışır.

A.M.

0
6