Tailand kralı vəfat etdi

Tailand kralı vəfat etdi

Tailand kralı Bhumibol Adulyadej 70 illik hökmranlıqdan sonra vəfat edib.   Lent.az-ın Guardian-a istinadən məlumatına görə, kral 88 yaşında uzun müddətdir müalicə aldığı Banqkokdakı Siriraj xəstəxanasında dünyasını dəyişib.   Mərhum kral saksafonda ifa etməyi və cazı çox sevirdi. Hər zaman da ağ-qara fotolar çəkdirməyə üstünlük verərdi. İnsanlar da bunu onun sadə həyatı ilə əlaqələndirirdilər.     Xatırladaq ki, keçən həftə qızı - şahzadə Çulabhorn milli telekanalın efirində atasının sağlamlığının qaydasında olmadığını demişdi.   Qeyd edək ki, ABŞ-ın məşhur “Forbes” jurnalı 2008-ci ildə dünyanın ən zəngin krallarının siyahısını açıqlamışdı. Bu sırada ilk yeri 35 milyard dollarlıq sərvəti ilə Tailandın kralıı Bhumibol Adulyadej tutub.  

0
5