Azərbaycanda daha iki bank birləşir?

Azərbaycanda daha iki bank birləşir?

Bankın rəsmisi açıqlama verdi.

“Bank Standard” və Azərbaycan Beynəlxalq Bankı aktivlərin birləşdirilməsi ilə bağlı danışıqlar aparırlar.

Oxu.Az-ın məlumatına görə, bunu Trend-ə bank bazarındakı mənbə deyib.

Mənbənin sözlərinə görə, indiki mərhələdə hələ heç bir razılaşma əldə olunmayıb.

Lakin mənbə hesab edir ki, adıçəkilən bankların birləşməsi məsələsi aprelin sonunadək həll olunacaq.

Oxu.Az məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli ilə əlaqə saxlayıb.

Bankın rəsmisi Y.Cəfərli isə Oxu.Az-a bu barədə hər hansı məlumata malik olmadığını bildirib. 

0
14