Taylandın şahı dünyasını dəyişdi

Taylandın şahı dünyasını dəyişdi

Taylandın şahı Pxumipon Adulyadet 88 yaşında dünyasını dəyişib.

Oxu.Az “Reuters”-ə istinadən xəbər verir.

Bir müddət əvvəl, 10 oktyabrda onun səhhətinin ağırlaşması barədə xəbər yayılmışdı. Məlumata əsasən, Adulyadet hemodializ prosedurundan keçirdi.

Çakri sülaləsinə mənsub olan Adulyadet 1927-ci ildə ABŞ-da dünyaya gəlib, bir il sonra ailəsi Taylanda köçüb, daha sonra isə o, İsçevrəyə oxumağa gedib.

O, taxta 1946-cı ildə oturub. O vaxtdan bəri heç bir dövlət çevrilişi Adulyadeti taxtdan sala bilməyib.

O, Tayland tarixində ən uzunmüddətli hökmranlıq edən monarx sayılır. Ehtimal olunur ki, taxta onun yeganə oğlu Maxa Vaçiralonqkorn çıxacaq.

N.O.

0
5