"Barselona" Ardaya qiymət qoydu: 60 milyon avro

"Barselona" Ardaya qiymət qoydu: 60 milyon avro

“Barcelona”  türkiyəli  futbolçu Arda Turana qiymət qoyub.

Lent.az-ın Xarici KİV-ə istinadən məlumatına görə,  hər hansı bir klub 60 milyon avro pul müqabilində Arda Turanı transfer edə bilər.

Klub bütün oyuncularına sərbəst buraxılması üçün qiymət qoyub. Siyahıda birinci yeri Messi və Neymar tutur. Onların sərbəst buraxılma məbləğləri 215 milyon avrodur. Klub Suarezə isə 172 milyon avro qiymət qoyub.

Qeyd edək ki, Arda Turanı “Barcelona” 41 milyon avro müqabilində “Atletiko Madrid”dən transfer edib.

0
12