Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitabı özbək dilində təqdim olundu – FOTO

Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitabı özbək dilində təqdim olundu – FOTO

Özbəkistanın Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində Azərbaycanın dahi şairi, söz ustadı Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Sirlər xəzinəsi” kitabının təqdimatı keçirilib.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Özbək dilində “Maxzan ul-asror” adlanan kitab Daşkənddəki Azərbaycan Səfirliyinin nəzdindəki

Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə “Kamalak” nəşriyyatında çap olunub.

Kitabı orjinaldan özbək dilinə Özbəkistanın xalq şairi Camal Kamal çevirib. Kitabın redaktoru filologiya elmləri doktoru Erqaş Oçilovdur.

Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində keçirilən təqdimat mərasimində Özbəkistanın ədəbiyyat sahəsində tanınmış simaları, elm, təhsil müəssisələrinin nümayəndələri, sözügedən Universitetin müəllim və tələbələri, Azərbaycan Səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, Nizami Gəncəvinin bütün əsərlərinin - “Xəmsə”sinin özbək dilinə tərcüməsinə dair Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə xalq şairi Camal Kamal arasında 2015-ci ilin dekabrında razılıq əldə edilmiş və razılığa görə 2018-ci ilə qədər bu işlər tamamlanmalıdır.

A.S.

0
10