“Yuxarıda və aşağıda” qısametrajlı bədii filmi beynəlxalq forumda

“Yuxarıda və aşağıda” qısametrajlı bədii filmi “Umut” MDB ölkələrinin gənc film forumunun “Beynəlxalq müsabiqə” proqramına dəvət alıb. Forum 28-31 oktyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək.

Bu barədə Oxu.Az-a “Azərbaycanfilm” kinostudiyasından bildirilib.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “4.1 Şəhər Motivləri” kinoalmanaxına daxildir.

Filmin beynəlxalq premyerası Almaniyanın Kottbus film festivalının “Fokus” proqramında baş tutub.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Teymur İsmayılov, quruluşçu oparatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, redaktoru Yusif Şeyxov, bəstəkarı Gökhan Ceylan, kreativ prodüseri Eldar Albertsson, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir.

Filmdə baş rolları Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov və digərləri canlandırırlar.

A.S.

0
11