Nazir: TAP ilə Azərbaycanın təbii qazı 2020-ci ildə Avropaya çatdırılacaq

Nazir: TAP ilə Azərbaycanın təbii qazı 2020-ci ildə Avropaya çatdırılacaq

“2020-ci ildə Azərbaycan təbii qazının TAP kəməri ilə Avropa bazarlarına çatdırılmasına nail olacaq”.

Oxu.Az xəbər verir ki, bu sözləri Energetika naziri Natiq Əliyev İtaliyanın “Tenaris Global Services” şirkətinin icraçı direktoru Paolo Rocca arasında keçirilən görüşdə deyib.

İtaliya hökuməti səviyyəsində TAP-a dəstək verildiyini qeyd edən nazir vurğulayıb ki, layihənin vaxtında reallaşması bütün tərəflər üçün eyni dərəcədə vacibdir:

“İmzalanan müqavilələrin şərtlərinə əsasən, öhdəlikləri yerinə yetirməyən tərəf cərimələnəcək. Bunun üçün bu işlərin vaxtlı-vaxtında yerinə yetirilməsi olduqca mühüm əhəmiyyət daşıyır”, - deyə nazir bəyan edib.

Öz növbəsində, P.Rocca Azərbaycanın enerji sektorunda iştirakda maraqlı olduqlarını bildirib.

Tərəflər arasında, həmçinin DESFA-nın özəlləşdirilməsi və SOCAR-SNAM əməkdaşlığı barədə də müzakirələr aparılıb.

U.A.

0
6