Elza Seyidcahan: Mənim ideyamı Ledi Qaqa gerçəkləşdirdi – FOTO

Elza Seyidcahan: Mənim ideyamı Ledi Qaqa gerçəkləşdirdi – FOTO

“Dünya ulduzları atdıqları hər addımdan pul qazanırlar. Mən layihələrimə, obrazlarıma nə qədər pul xərcləyirəm. Üstəlik, ibrətamiz işlər görürəm, insanları ətraf mühiti, heyvanları qorumağa səsləyirəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Elza Seyidcahan deyib.

O bildirib ki, bundan sonra dünya ulduzları kimi layihələrindən pul qazanmağa çalışacaq:

“Ledi Qaqanın gəlincikləri hazırlanıb, 29 dollara satışa çıxarılıb. Halbuki bu, mənim ideyam idi. Ötən il gəlincik obrazı yaradanda, belə ideya irəli sürmüşdüm. Mənim obrazım üzərində Leyla Əhmədova çalışmışdı. Demişdim ki, dünyada məşhur olan Barbi kimi “Elza gəlincikləri” hazırlatdıracağam. Mən edənə kimi, Ledi Qaqa ideyamı gerçəkləşdirdi. Arzulayıram ki, mənim də belə böyük layihələrim olsun və ondan çoxlu pul qazanım”.

A.S.

0
6