Azərbaycanda müşahidə olunan hava şəraiti açıqlandı

Azərbaycanda müşahidə olunan hava şəraiti açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, oktyabrın 12-si gündüzdən 13-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Bu barədə Oxu.Az-a ETSN-in mətbuat xidmətindən bildirilib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-12, Lənkəran-Astara zonasında 3-48, Böyük Qafqazda 4-48, Mərkəzi Aran rayonlarında 2-8 mm təşkil edib.

A.M.

0
6