Moskva: Lavrov heç vaxt heç yerə əliboş getmir

Moskva: Lavrov heç vaxt heç yerə əliboş getmir

“Söhbət müəyyən işləmələrdən gedir”.

Rusiya XİN rəhbəri Sergey Lavrov aprelin 21-22 tarixlərində baş tutacaq Yerevan səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müəyyən işləmələr təklif edəcək, XİN-nin rəsmisi Mariya Zaxarova bildirib, Oxu.Az xəbər verir.

“Sergey Lavrov heç vaxt heç yerə əliboş getmir”, - deyə, o, jurnalistlərə rəhbərinin Yerevan səfəri barədə sualları cavablandırarkən bildirib.

“Bunun plan, proqram, layihə, sənəd olduğunu söyləmək, düşünürəm ki, düzgün deyil. Söhbət müəyyən işləmələrdən, müxtəlif ideyaların nizamlama axarında müzakirəsindən gedir.

Vasitəçilik rolu, bizim vasitəçilik rolumuz da elə bundan ibarətdir – tərəflərlə danışmaq, imkanları müzakirə etmək, onların narahatlıqlarını dinləmək, həll variantları təklif etmək”, - deyə, Zaxarova bəyan edib.

0
17