“Bank Standard”ın əmanətçilərinə müraciət edildi

“Bank Standard”ın əmanətçilərinə müraciət edildi

Yaxın günlərdə iri məbləğdə kompensasiyaların ödənişinə başlanılacaq.Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə müraciət edib.

Oxu.Az-a Fonddan verilən məlumata görə, müraciətdə deyilir:

“Ləğv prosesində olan bankın əmanətçilərinin sayının çox olmasını və əmanətçilər arasında sosial həssas təbəqələrin olmasını nəzərə alaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən oktyabrın 13-dən etibarən 50 min dollar və 80 min manat məbləğinə qədər olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçirilir.

Daha iri məbləğdə qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə isə yaxın günlərdə başlanılacaq və bu barədə ictimaiyyət əlavə məlumatlandırılacaq.

Kompensasiyaların ödənişi bankın baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçirilir”.

Qeyd edək ki, bankda oktyabrın 4-də sığorta hadisəsi baş verib. Oktyabrın 11-dən etibarən bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsinə başlanılıb.

Xatırladaq ki, dünən “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 20 milyon 452 min manatdan artıq kompensasiya ödənilmişdi.

U.A.

0
7