Azərbaycanda bu gecə plastik kartlar işləməyəcək

Azərbaycanda bu gecə plastik kartlar işləməyəcək

“Azericard” Prosesinq Mərkəzi fəaliyyətini müvəqqəti dayandırır.Sistemdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq “Azericard” Prosesinq Mərkəzinin fəaliyyəti oktyabrın 13-dən 14-nə keçən gecə, saat 01:00-dan 06:00-dək dayandırılacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə bankların müştərilərə xəbərdarlığında bildirilib.

Qeyd olunan vaxt ərzində plastik kartlar üzrə əməliyyatlar onlayn rejimdə həyata keçirilməyəcək.

U.A.

0
6