Rəqsanənin anası əməliyyat olunacaq: "Ən çox qorxduğum..."

Rəqsanənin anası əməliyyat olunacaq: "Ən çox qorxduğum..."

Müğənni Rəqsanə İsmayılovanın anası əməliyyat olunacaq. Lent.az-ın məlumatına görə, bu barədə ifaçının özü bildirib. O, anasının nədən əməliyyat olunduğunu isə gizli saxlayıb: “Allaha çox şükür ki, ən çox qorxduğum əməliyyatın asan olduğunu bu gün öyrəndim. Anamın əməliyyatını həkim boynuna götürdü. Anamı sağ-salamat mənə verəcək”.

Qeyd edək ki, R.İsmayılovanın anası illərdir ki, şəkər xəstəliyindən əziyyət çəkir.

0
8