“Gəzən Kitabxana III” layihəsi Gəncə şəhərində start götürdü – FOTO

“Gəzən Kitabxana III” layihəsi Gəncə şəhərində start götürdü – FOTO

12 oktyabrda Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “Gəzən kitabxana III” layihəsi “2016-cı il Avropa Gənclər Paytaxtı” çərçivəsində Gəncə şəhərində start götürüb.

Oxu.Az-a bu barədə ATGTİ-nin mətbuat xidmətindən bildirilib.

Gəncə şəhərində layihənin açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyətinin İctimayyətlə əlaqələr şöbəsinin müdiri Kənan Məmmədov, YAP Gəncə şəhər təşkilatının təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov və YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Turan Məmmədzadə iştirak edib.

Gəncə şəhərində oxucuların istifadəsinə verilən səyyar kitabxananın ilin sonuna qədər zənginləşdirilmiş kitab fondu, həmçinin yenilənmiş elektron kitab bazası ilə birgə Gəncə şəhəri ilə yanaşı, Şəmkir rayonuna da səfəri nəzərdə tutulur.

A.S.

0
13