Qlobal valyuta bazarında dollar möhkəmlənir – SƏBƏBLƏR

Qlobal valyuta bazarında dollar möhkəmlənir  – SƏBƏBLƏR

ABŞ Federal Ehtiyat Sisteminin (FES) dünən keçirilən iclasında sentyabr ayının 20-21-də baş tutan son iclasın yekun açıqlamaları səsləndirilib.

Oxu.Az-ın məlumatına görə, “Report” “Haberler” saytına istinadən xəbər verir ki, bu açıqlamadan sonra ABŞ dolları qlobal valyuta bazarında möhkəmlənməyə başlayıb və əsas valyuta cütlüyü olan USD/EUR məzənnəsi 1,1001 səviyyəsinə enib.

Hazırda USD/EUR məzənnəsi 1,1010 səviyyəsində qərarlaşıb.

“Report”un analitik qrupu dolların möhkəmlənməyə davam edəcəyini və qısa müddət ərzində 1,08 səviyyəsinə çatacağını proqnozlaşdırır.

U.A.

0
8