Azərbaycanlı bəstəkar ana oldu

Azərbaycanlı bəstəkar ana oldu

Cari ilin aprel ayında ailə həyatı quran bəstəkar Vüsalə Hikmət ötən gün ana olub.

Oxu.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.

“Oğlum həyatıma erkən gəldi. Allah atalı-analı böyütsün. Bəxti gözəl olsun. Allah arzusunda olanlara övlad payı nəsib etsin”, - deyə V.Hikmət yazıb.

Üç ildir Türkiyədə yaşayan bəstəkarın həyat yoldaşı azərbaycanlıdır. İş adamı kimi İstanbulda şəxsi biznesini qurub.

Aytən Sadıqzadə

0
8