Azərbaycanda dollar, avro və funt sterlinqin ucuzlaşması davam edir

Azərbaycanda dollar, avro və funt sterlinqin ucuzlaşması davam edir

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın oktyabrın 13-ə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 12-i ilə müqayisədə dəyişməyərək 1,5986 manat olub.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,7663 manatdan 1,7609 manata düşüb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 12-i ilə müqayisədə 0,0256 manatdan 0,0253 manata düşüb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,5189 manatdan 0,5174 manatadək ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9652 manatdan 1,9482 manatadək ucuzlaşıb.

U.A.

0
6