“Citroen” “Qazel”lə toqquşdu: 17 yaralı

“Citroen” “Qazel”lə toqquşdu: 17 yaralı

Rusiyanın Tula vilayətində ağır yol qəzası baş verib

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Venev şəhərində qeydə alınıb.

“Citroen” markalı minik avtomobili ilə “Qazel” markalı sərnişin mikroavtobusunun toqquşması nəticəsində 17 nəfər xəsarət alıb. Onlardan 5 nəfərin ağır yaralandığı bildirilir.

İlkin versiyaya əsasən, qəzaya mikroavtobus sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

0
8