Afinada kitab mağazası partladıldı

Afinada kitab mağazası partladıldı

Yunanıstanın paytaxtı Afinada partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident şəhərin mərkəzində yerləşən kitab mağazasında qeydə alınıb.

Partlayış zamanı mağaza bağlı olub. Bu səbəbdən  zərərçəkən olmayıb.

“Naftemporiki” nəşrinin məlumatına əsasən, insidentdən yarım saat əvvəl naməlum şəxs redaksiyaya zəng vuraraq kitab mağazasında partlayıcı qurğu yerləşdirdiyini bildirib.

Faktla bağlı polis araşdırma aparır.

0
10