Bağlanan bankların əmanətçilərinə kompensasiya ödənilib

Bağlanan bankların əmanətçilərinə kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu oktyabrın 12-də lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan Oxu.Az-a verilən məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32,803 mln. manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50,853 mln. manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 17,977 mln. manat, “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2,849 mln. manatdan artıq kompensasiya ödənilib. Dörd bank üzrə ümumilikdə 104,484 mln. manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

Bu gün “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13,839 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1,846 mln. manatdan artıq kompensasiya verilib. İki bank üzrə ümumilikdə 15,685 mln. manatdan artıq kompensasiya ödənilib.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24,091 mln. manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 955,721 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119,977 mln. manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ümumilikdə 145,024 mln. manatdan artıq kompensasiya verilib.

Bu gün “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 20,452 miln. manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 285,647 mln. min manatdan artıq kompensasiya ödənilib.

S.B.

0
9