Möhtəşəm "El Klasiko"nun vaxtı açıqlandı

Möhtəşəm "El Klasiko"nun vaxtı açıqlandı

Bütün dünyanın böyük maraqla gözlədiyi “El Klasiko”nun vaxtı açıqlanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Barselona” və “Real” La Liqanın XIV turunda üz-üzə gələcəklər.

Əzəli rəqiblər dekabrın 3-də “Nou Kamp” stadionunda qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.

Qeyd edək ki, İspaniya La Liqasında hazırda 7 tur geridə qalıb və “Real” 2-ci, “Barselona” isə 3-cü pillədə qərarlaşır.

0
10