Bakıda ailə dramı

Bakıda ailə dramı

Bakıda sirkə turşusu içərək intihara cəhd edən 84 yaşlı qadın dünyasını dəyişib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, ötən gün sirkə turşusu içərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Xətai rayonu, Əhmədli qəsəbəsinin sakini, 84 yaşlı Süsən Ağaqulu qızı Kazımova orada ölüb.

Bu xəbərdən sarsılan qadının əri, 85 yaşlı Xasay Bəşir oğlu Kərimov da sirkə turşusu içərək intihara cəhd edib. O, təcilli olaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

S.B.

0
13