Neft Fondunun rəhbəri: Gələn il neft üzrə sabit gəlirlilik olacaq

Neft Fondunun rəhbəri: Gələn il neft üzrə sabit gəlirlilik olacaq

“Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) neft və qaz üzrə gəlirləri iki parametrdən - hasilat və qiymətdən asılıdır. Bu iki parametr üzrə göstəricilərdən çıxış etsək, növbəti ildə müəyyən qədər sabit gəlirlilik olacağını demək olar”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.

O qeyd edib ki, hasilat üzrə müəyyən qədər proqnozlar vermək mümkündür: “Qiymət isə bizdən asılı olmayan parametdir. Növbəti ilin dövlət büdcəsində baza qiymət 40 dollar/barel götürülüb.

Hasilatın isə o qədər dəyişmə ehtimalı yoxdur, yəni sabit qalacağı proqnozlaşdırılır. Bu iki paramentrdən çıxış etsək görərik ki, gələn il müəyyən qədər sabit gəlirlilik olacaq”.

“Bu ilin əvvəlindən indiyədək neftin orta qiyməti 42-43 dollar/barel olubsa, növbəti ildə də 40 dollar/barel olsa, bu ildən fərqli gəlirlilik olmayacaq”, - deyə Ş.Mövsümov əlavə edib.

U.A.

0
8