Xalq artistinin aktyor oğlu ağır vəziyyətdədir - FOTO

Xalq artistinin aktyor oğlu ağır vəziyyətdədir - FOTO

İrəvan Dövlət Teatrının aktyoru 37 yaşlı Məmməd Zeynalov insult keçirib.

Oxu.Az-ın Modern.az -a istinadla xəbərinə görə, aktyor hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

O, dəvət aldığı serial çəkilişinə gedərkən qəfildən təzyiqi qalxıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Həkimlər həyati təhlükəsi olduğunu bildirir. Ailə üzvlərinin müalicə üçün yetərli vəsaiti olmadığı da qeyd edilir.


Qeyd edək ki, M.Zeynalov Azərbaycanın xalq artisti mərhum Eldəniz Zeynalovun oğludur, ailəlidir.

A.S.

0
8