Azərbaycanın məcmu valyuta ehtiyatları artıb

Azərbaycanın məcmu valyuta ehtiyatları artıb

Azərbaycanın valyuta ehtiyatlarının ümumi həcmi 2016-cı il oktyabrın 1-nə 39 milyard 954,8 milyon dollar təşkil edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunun 89,66%-i və yaxud 35 milyard 822,1 milyon dolları Dövlət Neft Fondu (SOFAZ), 10,34%-i və yaxud 4 milyard 132,7 milyon dolları isə Mərkəzi Bankın (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 553 milyon dollar və yaxud 1,4% artıb. Son üç ayda Neft Fondunun valyuta ehtiyatlarında 704,2 milyon dollar artım, AMB-nin valyuta ehtiyatlarında isə 151,2 milyon dollar azalma baş verib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə Azərbaycanın valyuta ehtiyatları 1 milyard 798 milyon dollar və yaxud 4,31% azalıb.

ARDNF-in valyuta ehtiyatları
(mln. ABŞ dolları)

AMB-nin valyuta ehtiyatları
(mln. ABŞ dolları)

Azərbaycanın valyuta ehtiyatları
(mln. ABŞ dolları)

01.10.2016

35 822,1

4 132,7

39 954,8

01.07.2016

35 117,9

4 283,9

39 401,8

01.04.2016

34 246,0

4 065,8

38 311,8

01.01.2016

33 574,1

5 016,7

38 590,8

01.10.2015

34 738,1

7 014,7

41 752,8

U.A.

0
10