“Nar” “AICT-2016” beynəlxalq konfransına dəstək verdi

“Nar” “AICT-2016” beynəlxalq konfransına dəstək verdi

Mobil operator “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi”

mövzusundakı elmi konfransda təmsil olundu.Oktyabrın 12-dən 14-dək texnika sahəsində çalışan mütəxəssislərin beynəlxalq qeyri-kommersiya assosiasiyası olan və radioelektronika, elektrotexnika, hesablama sistemləri və şəbəkələri standartlarının hazırlanması sahəsi üzrə bir dünya lideri hesab edilən Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (Institute of Electrical and Electronics Engineers – IEEE) “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (Application of Information and Communication Technologies – AICT-2016) mövzusundakı 10-cu beynəlxalq konfransı Azərbaycanda keçirilib.

Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin dəstəyi ilə təşkil edilən üçgünlük elmi konfrans Qafqaz Universitetinin tədris binasında, Bakı Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda keçirilib.

İnformasiya texnologiyalarının inkişafı və innovasiyalara xüsusi önəm verən “Nar” bu mötəbər tədbirə dəstək verərək forumun təşkilatçıları arasında yer alıb.

Konfransın açılış mərasimində çıxış edən “Azerfon” şirkətinin texniki və informasiya texnologiyaları üzrə baş müdiri Xəyyam Həsənli informasiya texnologiyaları sahəsindəki yeni trendlərin mobil rabitədə tətbiqi və innovasiyalara meyil edən “Nar” operatorunun bu sahədəki böyük və uğurlu təcrübəsindən söhbət açıb.

Çoxsaylı yerli və xarici qonaqların iştirak etdiyi tədbir dəyərli elmi müzakirələr və geniş təcrübə mübadiləsi formatında keçirilib.

U.A.

0
8