Şahmar Mövsümov Londonda əmlakların ucuzlaşmasından danışdı

Şahmar Mövsümov Londonda əmlakların ucuzlaşmasından danışdı

“Daşınmaz əmlak bazarı öz-özlüyündə volatil bazardır və burada qiymətlərin enib-qalxması normaldır”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümov deyib.

Ş.Mövsümovun sözlərinə görə, SOFAZ bu investisiyalara uzunmüddətli investisiya kimi baxır:

“Binaların bahalaşıb-ucuzlaşması birbaşa olaraq kirayəçilərə təsir edir. Bizim binalarımızda oturan kirayəçilərlə bizim aramızda uzunmüddətli müqavilələr bağlanıb.

Kirayədən əldə olunan və olunacaq məbləğlər əvvəlcədən bəllidir. Təbii ki, binaların bahalaşıb-ucuzlaşması bizə də təsir edir. Neft Fondunun aldığı əmlaklar beynəlxalq nüfuza malik olan müstəqil auditor tərəfindən qiymətləndirilir. Biz hər şeyi real bazarda olan qiymətlərlə ölçürük”.

Qeyd edək ki, bundan öncə “Bloomberg” “Deutsche Bank”ın hesabatına istinadən xəbər verib ki, gələn ilin sonunadək Londonun mərkəzi hissəsində yerləşən ofislərin qiyməti 30% azala bilər.

U.A.

0
9