Müsəlman ölkəsində Seks Nazirliyi yaradılacaq

Müsəlman ölkəsində Seks Nazirliyi yaradılacaq

Qazaxıstanda Seks və Demoqrafiya Nazirliyi yaradıla bilər.

Oxu.Az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Asiya Müsəlmanları Komitəsi və Qazaxıstan Müsəlman İttifaqı hökumətə müraciət edib.

Təklifin müəllifləri hesab edir ki, yeni idarə ölkədə doğum sayının artımına və seksual zorakılığın səviyyəsinin azalmasına səbəb olacaq. Bundan başqa, Seks və Demoqrafiya Nazirliyi “ictimaiyyətin cinsi istəklərinin idarəetmə metodlarını” hazırlamalıdır.

“Ölkədə indiki vəziyyət təhlükəli hala gətirib çıxaracaq. Yeniyetmələr və uşaqlar seksual zorakılığa məruz qalır. Pedofilliyin artması təhlükəli miqyasa çatıb. Seksual terror təhsil müəssisələrinə və dövlət idarələrinə girib”, - deyə Qazaxıstan müsəlmanlarının liderlərinin məktubunda bildirilir.

Bu məktub Qazaxıstan Respublikasının baş naziri Bakıtjan Saqintayevə ünvanlanıb.

Qeyd edək ki, daha əvvəl Qazaxıstanın Müsəlmanları İttifaqı seksə görə vergi tətbiq etməyi təklif edib.

A.M.

0
8