SOFAZ ən böyük iki layihəyə 300 milyon manata yaxın vəsait xərcləyib

SOFAZ ən böyük iki layihəyə 300 milyon manata yaxın vəsait xərcləyib

Bu il Dövlət Neft Fondu (SOFAZ) qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 73,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,1 milyon manat, “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 48,6 milyon manat vəsait ayırıb.

Oxu.Az-a Fonddan verilən məlumata görə, 20,8 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib.

“Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 241,9 milyon manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə isə 127 milyon manat vəsait ayrılıb. 2016-cı il ərzində SOFAZ-ın idarə edilməsi ilə bağlı xərcləri 11,9 milyon manat təşkil edib.

U.A.

0
6