İlyaz Məmmədova Prezidentin fərdi təqaüdü təyin olunub

İlyaz Məmmədova Prezidentin fərdi təqaüdü təyin olunub

Prezident İlham Əliyev İlyaz Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın məlumatına görə, fərdi təqaüd İ.Məmmədova dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə təyin olunub.

Oqtay İlyas oğlu Məmmədov 17.06.1963-cü il tarixdə Ermənistan Respublikasında anadan olub. 1986-cı ildə Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1986-1988-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçib.

1986-2006-cı illərdə Daxili İşlər Nazirliyinin İslah əmək müəssisələri idarəsində, Maliyyə-plan idarəsində, İstirahət evində, İqtisadi sahədə cinayətkarlıqla mübarizə idarəsində, Daxili təhqiqatlar idarəsində, Nəqliyyatda Baş Polis İdarəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb.

2006-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsində işləyib. 2013-2016-cı illərdə Kürdəmir Rayon Polis Şöbəsinin rəisi olub. Cari il iyulun 5-də ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin rəis müavini vəzifəsinə təyin edilib.

N.O.

0
5