Nazir: Neft və qaz sektorunda yeni mərhələ başlayıb

Nazir: Neft və qaz sektorunda yeni mərhələ başlayıb

Berat Albayrak bunun səbəblərindən biri kimi Azərbaycanı göstərib.

Yaxın Şərqdə baş verən proseslər neft və qaz sektorunda yeni mərhələnin başlamasına səbəb olub. 

Oxu.Az Türkiyənin Sabah nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak deyib. 

Nazir neft və qaz sektorunda yeni mərhələnin başlamasını İran üzərindən ambarqonun aradan qaldırılmasını və İraq və İsrail kimi ölkələrin yeni bazar oyunçusu qismində çıxış etməsi ilə izah edib:

“İran üzərindən ambarqonun aradan qaldırılmasından sonra, yeni bir mərhələ başlayıb.

Azərbaycanda mövcud olan yeni enerji mənbələri və onların bazara çıxışı, İraq və İsrail kimi ölkələrin daha fəal bazar oyunçusu qismində çıxış etməsi yeni mərhələnin başlamasına işarə edir”, - deyə nazir əlavə edib. 

Albayrak dünyanın enerji təhlükəsizliyi məsələsində Türkiyənin bundan sonrakı dövrdə də bu gün olduğunda daha çox fayda verəcəyini bildirib. 

0
12