Neft Fondunun gəlir və xərclərinə dair statistika

Neft Fondunun gəlir və xərclərinə dair statistika

Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) 2016-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumat açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun büdcə gəlirləri 6 milyard 618,6 milyon manat, büdcə xərcləri isə 3 milyard 823,1 milyon manat təşkil edib.

2016-cı ilin 9 ayı ərizndə Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 milyard 883,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 milyard 867 milyon manat, bonus ödənişləri 0,1 milyon manat və tranzit gəlirləri 13,4 milyon manat və akrhesabı ödənişlər 3,3 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 734,8 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Neft Fondunun büdcədənkənar gəliri 2 milyard 612,3 milyon manat təşkil edib.

U.A.

0
7