Gün ərzində “103” xidmətinə daxil olan çağrışların sayı açıqlandı

Gün ərzində “103” xidmətinə daxil olan çağrışların sayı açıqlandı

“Avtomobillərinin hərəkəti xüsusi monitor vasitəsilə nəzarətdə saxlanılır”.

“103” xidmətinə gündəlik ortalama 2 min çağırış daxil olur.

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, bu barədə Bu gün Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyətinə həsr olunmuş mətbuat konfransı zamanı qeyd edilib.

Bildirilib ki, çox təcili çağırışlar qeydiyyata alındıqdan sonra, 4 dəqiqədən gec olmayaraq təcili tibbi yardım briqadasına ötürülür:

“Təxirəsalınmaz çağırışlar isə qeydiyyata alındıqdan sonra, 60 dəqiqədən gec olmayaraq təcili tibbi yardım briqadasına ötürülməlidir.

Hazırda Stansiyanın sanitar avtomobillərinin hərəkət trayektoriyası xüsusi monitor vasitəsilə nəzarətdə saxlanılır. Gələcəkdə çağırışların hansı ünvandan daxil olmasının da monitor vasitəsilə təyini nəzərdə tutulub.

Yeniyetmələr arasında beynəlxalq futbol çempionatı və Formula 1 yarışlarında idmançılara, xarici ölkələrdən gələn azarkeşlərə və tamaşaçılara ilkin tibbi yardım etmək üçün Stansiyanın tibbi heyətinin hazırlıq məşğələlərinin keçirilməsi nəzərdə tutulub”.

0
24